Paşinyanın qalmaqallı videosuna görə yarpaq tökümü başladı – VİDEObackend

Paşinyanın qalmaqallı videosuna görə yarpaq tökümü başladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan İctimai Televiziyasının icraçı direktoru Marqarita Qriqoryan istefa verib. Bu barədə Qriqoryan bu gün, aprelin 20-də öz Facebook səhifəsində paylaşım edib.

NOCOMMENT.az erməni mətbuatına istinadən bildirir ki, xanım sosial şəbəkə hesabında “baş verənlərə görə məsuliyyəti bölüşürəm” – deyib və əlavə edib ki, “videonun ictimaiyyətə sızdırılmasını” qəbuledilməz sayır, eyni zamanda, bu hərəkəti “kollegial etikanın pozuntusu” adlandırmaqla, “arxadan vurulan zərbə” hesab edir.

“Baş verənlərdən çox təəssüflənirəm. Xüsusilə İctimai Televiziyanın inkişaf mərhələsində olduğu belə bir vacib məqamda bu cür media vandalizmi yolverilməzdir”, – deyə Qriqoryan sonda vurğulayıb.

Xatırladaq ki, İTV-nin icraçı direktorunun istefasının səbəbi Baş Nazir Nikol Paşinyanın vətəndaşlara etdiyi müraciətin texniki məşqi zamanı hazırlığının montajlanaraq ictimaiyyətə sızdırılmasıdır…