Paşinyanın qızı: Xəyallarımız və hədəflərimiz puç oldubackend

Paşinyanın qızı: Xəyallarımız və hədəflərimiz puç oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Maryam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib.

NOCOMMENT azvision-a istinadən xəbər verir ki, Paşinyanın qızının feysbukdakı profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib.

Hətta xəbər saytları yazır ki, indi insanlarda daha çox vətənpərvərlik ruhunu yüksəldən fikirlər səsləndirilməlidir. Bu mənada ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadələrin eşidilməsi xoş qarşılanmayıb.

Nikolun qızı statusunda yazıb: “Xəyallarımız və hədəflərimiz puç oldu. Xəyallarımız isə əsgərlərimiz və vətənimizlə bağlı idi”.

Onu da bildirək ki, Maryam Paşinyana sosial şəbəkələrdən də ciddi təzyiq gəlib. Ermənilər həmin paylaşıma şərh yazaraq bildiriblər ki, məhz Maryamın Soros qulu olan atası bu ölkəni uçuruma sürüklədi.

Surik Saroyan adlı istifadəçi yazıb: “Təəssüf ki, sizin xəyallarınız milli xəyallarımız deyil, Soros və ya neoliberalist xəyallardır…”