Cənubi Afrikada şiddətli daşqınlar zamanı itkin düşən 59 yaşlı iş adamı Qabriel Batistanın cəsədi tapılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Polis dronlarla axtarış zamanı müəyyən edib ki, Mpumalanqa əyalətindəki Komati çayında olan nəhəng timsah iş adamını yeyib. Daha sonra onu vurub içərisində 59 yaşlı iş adamının cəsədi olan timsahı hava yolu ilə ərazidən uzaqlaşdırıblar.
Timsahın cəsədi yarıldıqdan sonra içərisində insan qalıqları tapılıb. İş adamının üzüyü heyvanın içində aşkar edilib.
Timsahın mədəsindən altı cüt ayaqqabı da tapılıb ki, hakimiyyət orqanları bu ayaqqabıların digər qurbanlara aid ola biləcəyindən şübhələnir./unikal.az/













