Azərbaycan Prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndi rəhbər tutularaq qəbul olunub.












