Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməzbackend

Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında belə yazılıb.

NOCOMMENT.az xəbər verir ki, Valday Klubunun İnkişafı və Dəstəyi üzrə Rusiya Fondunun sədri Andrey Bıstritski bəyan edib ki, bu, Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır.

Rusiya rəsmiləri və müstəqil analitikləri ikitərəfli münasibətlərin pisləşməsinə görə, Ermənistana təzyiqləri davam etdirirlər.

“Kreml rəsmiləri Ermənistanın Rusiyadan uzaqlaşma cəhdləri ilə bağlı getdikcə daha çox tənqidi bəyanatlar verirlər” – deyə Andrey Bıstritski əlavə edib.

Qeyd edək ki, son zamanlar ikitərəfli münasibətlər pisləşməkdədir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 31-də deyib ki, Rusiya ilə münasibətlərdəki problemləri gizlətmək mümkün deyil.