Qobustanda evdən 15.000 manat dəyərində qızıl oğurlandıbackend

Qobustanda evdən 15.000 manat dəyərində qızıl oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qobustan rayonunun Təklə kəndindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən NOCOMMENT.az-a verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu Burcalı Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.