Rusiya müharibənin 114-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 205 təyyarəsi, 131 helikopteri, 1 233 PUA-sı, 342 zenit-raket kompleksi, 3 587 tank və digər zirehli texnikası, 539 reaktiv yaylım atəş sistemi, 2 013 artilleriya və minaatanı, 3 658 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.











