168-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

168-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 168-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 267 təyyarəsi, 145 helikopteri, 1 720 PUA-sı, 365 zenit-raket kompleksi, 4 283 tank və digər zirehli texnikası, 795 reaktiv yaylım atəş sistemi, 3 286 artilleriya və minaatanı, 4 807 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.