181-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

181-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 550 (+150) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 921 (+2) tank, 4 238 (+8) zirehli döyüş maşını, 1 033 (+1) artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 146 (+1) hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 198 helikopter, 815 PUA, 196 (+2) qanadlı raket, 15 gəmi, 3 150 (+1) avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.