Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 45 700 (+150) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 924 (+3) tank, 4 243 (+5) zirehli döyüş maşını, 1 036 (+3) artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 147 (+1) hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 (+1) helikopter, 819 (+4) PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 (+10) avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.












