Rusiya müharibənin 258-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 332 təyyarəsi, 171 helikopteri, 2 465 PUA-sı, 388 zenit-raket kompleksi, 6 448 tank və digər zirehli texnikası, 884 reaktiv yaylım atəş sistemi, 3 563 artilleriya və minaatanı, 7 127 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.











