259-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

259-cu gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 77 950 (+780) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 801 (+15) tank, 5 666 (+12) zirehli döyüş maşını, 1 802 (+11) artilleriya sistemi, 393 (+2) reaktiv yaylım atəşi sistemi, 205 (+2) hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 260 helikopter, 1 483 (+7) PUA, 399 qanadlı raket, 16 gəmi, 4 227 (+11) avtomobil texnikası və avtosistern, 159 xüsusi texnikadan ibarətdir.