260-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

260-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 260-cı günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 333 (+1) təyyarəsi, 173 (+2) helikopteri, 2 479 (+14) PUA-sı, 388 zenit-raket kompleksi, 6 491 (+22) tank və digər zirehli texnikası, 885 (+1) reaktiv yaylım atəş sistemi, 3 564 (+1) artilleriya və minaatanı, 7 158 (16) xüsusi hərbi avtomobil texnikası  məhv edilib”, – deyə o bildirib.