Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 78 690 (+740) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 804 (+3) tank, 5 682 (+16) zirehli döyüş maşını, 1 805 (+3) artilleriya sistemi, 393reaktiv yaylım atəşi sistemi, 205 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 260 helikopter, 1 499 (+16) PUA, 399 qanadlı raket, 16 gəmi, 4 242 (+15) avtomobil texnikası və avtosistern, 159 xüsusi texnikadan ibarətdir.











