Rusiya müharibənin 314-cü günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 355 təyyarəsi, 199 helikopteri, 2 807 PUA-sı, 399 zenit-raket kompleksi, 7 382 tank və digər zirehli texnikası, 967 reaktiv yaylım atəş sistemi, 3 768 artilleriya və minaatanı, 7 900 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.








