314-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

314-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 108 190 (+750) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 036 (+5) ədəd tank, 6 100 (+7) ədəd zirehli döyüş maşını, 2 033 (+6) ədəd artilleriya sistemi, 424 (+1) ədəd reaktiv yaylım atəş sistemi, 214 (+1) hava hücumundan müdafiə sistemi, 283 ədəd hərbi təyyarə, 270 (+1) ədəd helikopter, 4 725 ədəd avtomobil texnikası, 1 839 (+3) ədəd PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 181 xüsusi texnikadan ibarətdir.