315-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

315-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 108 910 (+720) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 038 (+2) ədəd tank, 6 106 (+6) ədəd zirehli döyüş maşını, 2 039 (+6) ədəd artilleriya sistemi, 424 ədəd reaktiv yaylım atəş sistemi, 215 (+1) hava hücumundan müdafiə sistemi, 283 ədəd hərbi təyyarə, 270 ədəd helikopter, 4 745 (+20) ədəd avtomobil texnikası, 1 842 (+3) ədəd PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 181 xüsusi texnikadan ibarətdir.