4 minə yaxın erməni sülhməramlılardan kömək istədi

4 minə yaxın erməni sülhməramlılardan kömək istədi

İkinci Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərin tapılması ilə bağlı Rusiya sülhməramlılarına 3500-dən çox müraciət daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, 3500-dən çox şəxs münaqişə zamanı itkin düşənlərin tapılması xahişi ilə Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarına müraciət ünvanlayıb.

“Müraciətlər məlumatlar bazasına daxil edilir və birgə axtarış qruplarına ötürülür”, – məlumatda qeyd olunub. /Virtualaz.org