Hüseyndən tənqidlərə cavab: "Çörəyimdən olaram"

Hüseyndən tənqidlərə cavab: "Çörəyimdən olaram"

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu izləyicilərin onu dişlərinə görə qınadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sənətçi “Həyatın dadı” verilişində danışıb:

“İnsanı bilmədən qınayırlar, yazırlar. Məsələn, mənim dişim əyridir, biri qısadır, biri uzundur. Bunu düzəltməyə heç pul da lazım deyil. Sosial şəbəkədə reklam etsəm, hazırdır. Mənim stomatoloq dostlarım da var. Deyirlər ki, gəl, onu havayı edək. Amma olmaz, bu klarnetə görə olub və onun yerinə alınıb. Buna əl vurmaq olmaz. Bunu etsəm, çörəyimdən olacağam. Camaat da yazır ki, “get dişini düzəlt, pulun yoxdur?”. Ay dostlar, ay qardaşlar, bu klarnetə görədir. Alınası bir iş deyil. Ona görə onsuz da qınayacaqlar”.