Müharibənin 75-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 160 təyyarəsi, 118 helikopteri, 783 PUA-sı, 299 zenit-raket kompleksi, 2 949 tank və digər zirehli texnikası, 342 reaktiv yaylım atəş sistemi, 1 423 artilleriya və minaatanı, 2 769 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












