77-ci gün: Ukrayna Rusiyanın itkilərini yenilədi

77-ci gün: Ukrayna Rusiyanın itkilərini yenilədi

Ukrayna müharibənin 77-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

NOCOMMENT xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 26 350 hərbçi, 1 187 ədəd tank, 2 856 ədəd zirehli döyüş maşını, 528 ədəd artilleriya sistemi, 185 ədəd reaktiv yaylım atəş sistemi, 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarə, 160 ədəd helikopter, 1 997 ədəd avtomobil texnikası, 12 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 390 ədəd PUA, 41 ədəd xüsusi texnika, 94 qanadlı raket itirib.