Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər.
Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 5 232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb












