Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda səfərdədir

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Toivo Klaar bu barədə öz tviter hesabında yazıb.

Məlumata əsasən, Klaar yaxın iki gün ərzində Ermənistanda bir sıra görüşlər keçirəcək.

Onun Ermənistandan sonra Azərbaycana səfər edəcəyi gözlənilir.