Akopyan Ovannisyanı ordunun başına gətirir

Akopyan Ovannisyanı ordunun başına gətirir

Ermənistan ordusunun Qarabağda məğlubiyyətlərini ört-basdır etməklə məşğul olan Artsrun Ovannisyan bu zəhmətinin qarşılığında qabağa çəkilə bilər.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə “Qraparak” qəzeti çıxış edib.

Məqalədə Ovannisyanın müdafiə nazirinin müavini vəzifəsinə gətiriləcəyi bildirilib. Ovanisyanın bu təyinatında xüsusilə Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın maraqlı olduğu vurğulanıb.

Ovannisyan isə qəzetə açıqlamasında bu informasiyanın ciddi olmadığını deməklə kifayətlənib və ona ünvanlanan digər sualları cavabsız qoyub.