Allahverdi Bağırovun məzarı bərpa olunacaq
NOCOMMENT-in məlumatına görə, Milli Qəhrəmanın Ağdamda yerləşən qəbri üzərində məzar kompleksi inşa ediləcək.
Xatırladaq ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmişdi. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmamışdı.













