Türkiyənin Denizli vilayətinin Çivril rayonunda keçirilən toy mərasimində havaya açılan atəş qanlı hadisə ilə nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, 15 yaşlı yeniyetmənin tüfənglə atəş açması nəticəsində saçmalar toy iştirakçılarının üzərinə düşüb və 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə Kıralan məhəlləsində baş verib. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadalarının ilkin müdaxiləsindən sonra xəstəxanaya yerləşdiriliblər. Onların müalicəsinin davam etdiyi bildirilir.
Məlumata görə, atəş açan 15 yaşlı S.Ş. jandarma əməkdaşları tərəfindən saxlanılıb, hadisədə istifadə edilən tüfəng isə götürülüb. Faktla bağlı araşdırma başlanıb.
Hadisə Türkiyədə toy və digər kütləvi tədbirlərdə havaya atəş açılması ənənəsinin yaratdığı təhlükəni bir daha gündəmə gətirib.
SARA
NOCOMMENT.az











