Arman Dikiy təcridxanadan yoxa çıxdı

Arman Dikiy təcridxanadan yoxa çıxdı

Arman Dikiy kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev Qazaxıstanda istintaq təcridxanasından yoxa çıxıb.

NOCOMMENT Sputnik Kazakhstan-ya istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıblar.

Vəkillər bildiriblər ki, Armanın hara və niyə getdiyindən məlumatları yoxdur. Vəkil Talqat Yesimovun sözlərinə görə, hüquq müdafiəçiləri Cumageldiyevi sonuncu dəfə bir gün əvvəl görüblər.

Qeyd edək ki, Arman Dikiy Qazaxıstanda yanvarın 2-də başlayan iğtişaşların təşkilində şübhəli bilinirdi. O, yanvarın 7-də həbs edilmişdi.