Qarabağdakı qondarma rejimin keçmiş “müdafiə naziri” olmuş Cəlal Arutyunyana yeni vəzifə verilib.
NOCOMMENT.az xəbər verir ki, Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin olunub.
Qeyd edək ki, Arutyunyan Qarabağda gedən döyüşlərdə politsoz uçuş aparatı tərəfindən vurulmuşdu. Onun ölüm xəbəri yayılsa da, sonradan ağır xəsarət aldığı məlum olmuşdu.











