Azərbaycan ceyranları qonşu ölkədə nəsil artırırlar

Azərbaycan ceyranları qonşu ölkədə nəsil artırırlar

Gürcüstanın Vaşlovani Milli Parkında Azərbaycan ceyranlarının altıncı nəsli dünyaya gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Mühafizə olunan Ərazilər üzrə Agentliyindən bildirilib.

Qeyd olunub ki, hər yeni nəsil Gürcüstanda ceyranların populyasiyasının bərpası istiqamətində irəliyə atılan addımdır.

Agentlik ceyran balalarının fotoşəkillərini yayıb. Bildirilib ki, Gürcüstanda bu nadir heyvan növü ötən əsrin 60-cı illərində məhv olub: “2013-cü ildən etibarən Vaşlovani parkında Gürcüstan hökuməti və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü, Almaniya hökumətinin maliyyə dəstəyi və Azərbaycan hökumətinin fəal iştirakı ilə ceyran populyasiyasının bərpası üzrə layihə həyata keçirilir”.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycandan Gürcüstana 70-dən çox ceyran köçürülərək vəhşi təbiətə buraxılıb.

Report