Azərbaycan Gorus-Qafan yolu üzərində polis postu qurub.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan şəkildə görünür ki, Gorus-Qafan yolunda Azərbaycanın polis postu fəaliyyət göstərir.
Qeyd edək ki, Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolu bir müddət əvvəl bağlanmışdı. Daha sonra Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərtilə yolun açılmasına razılıq verib.













