Azərbaycan PUA-sı erməni terrorçularının hərbi avtomobilini məhv etdi – VİDEO

Azərbaycan PUA-sı erməni terrorçularının hərbi avtomobilini məhv etdi – VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirilən antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus hərbi avtomobil məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında terrorçulara zərbə endirib.

Zərbə nəticəsində “Ural” markalı hərbi yük avtomobili sıradan çıxarılıb.