Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Ukrayna yığmasına qarşı keçirilən yoldaşlıq oyununda huşunu itirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə ikinci hissənin ortalarında baş verib. Bundan sonra görüş müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, Eriksen 2021-ci ilin iyununda Danimarka və Finlandiya yığmaları arasında keçirilən Avropa çempionatı oyununda ürək dayanması keçirmişdi.
Həmin hadisədən sonra 34 yaşlı futbolçu kardiostimulyatorla çıxış edir./APA /












