Azərbaycana gələn iranlı nazir koronavirusa yoluxdu

Azərbaycana gələn iranlı nazir koronavirusa yoluxdu

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi koronavirusa yoluxub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Qasemi koronavirusa yoluxduğu üçün iş otağında karantinə alınıb.

O, bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat nazirlərinin iclasına onlayn qoşulub.