Azərbaycandan İrana 20 məhbus ekstradisiya edilir

Azərbaycandan İrana 20 məhbus ekstradisiya edilir

Tezliklə Azərbaycanda həbsdə olan 20 iranlı məhbus İrana ekstradisiya olunacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, iranlı məhbusların 9-u qadındır və onlar həbsinin qalan hissəsini İranda çəkəcəklər.

Səfirlik bildirir ki, həmin məhbuslar əsasən narkotik vasitələr, Azərbaycana qeyri-qanuni giriş və qanunsuz yaşama ilə əlaqədar cinayətlərə görə həbs olunublar.

İran səfirliyi xoşməramlılıq və əməkdaşlığına görə Azərbaycana təşəkkür edir və qalan məhbusların esktradisiyası üçün məsləhətləşmələrin davam etdiyini bildirir.