Köçəryandan gözlənilməz addım

Köçəryandan gözlənilməz addım

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından narazı qalaraq məhkəməyə müraciət edib.

NOCOMMENT.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, eks-prezident MSK-nın iyunun 17-də qəbul etdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək niyyətindədir. Sözügedən qərarla Komissiya Köçəryanın toxunulmazlığını ləğv edib və ona qarşı cinayət təqibi başladılmasına "yaşıl işıq" yandırıb.

Qeyd edək ki, Robert Köçəryan bu addımı atan ilk şəxs deyil. Daha əvvəl "Güclü Ermənistan" blokundan deputatlığa namizəd David Kazinyan da analoji şikayətlə MSK-ya qarşı məhkəmə iddiası qaldırıb.

Əli Səfərli,

NOCOMMENT.az