İrəvanda növbəti atışma hadisəsi qeydə alınıb. İnsident şəhərin Kilikiya rayonunda baş verib.
NOCOMMENT.az Shamshyan.com-a istinadən xəbər verir ki, hadisə yerinə gələn əməliyyat qrupları araşdırma zamanı avtomat silahdan açıldığı ehtimal olunan 5 ədəd giliz aşkar ediblər. İlkin baxış zamanı həmçinin qan ləkələri və güllə izləri müəyyən edilib; güllə izləri evlərdən birinin qapısında və yaxınlıqda dayanmış avtomobilin üzərində qalıb.
Atışma nəticəsində ərazidəki qaz kəmərinə də ziyan dəyib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir, hadisənin təfərrüatı və yaralananların olub-olmaması dəqiqləşdirilir.
Əli Səfərli,










