Azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü: Ölən var

Azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü: Ölən var

Azov dənizindəki Temryuk limanının sularında quru yük gəmisində baş verən yanğın söndürülüb.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər olub.

İlkin məlumata görə, gəmi taxıl bitkiləri ilə yüklənib. Yük gəmisi Vanuatu bayrağı altında üzüb.

Cənub Federal Dairəsinin fövqəladə hallar xidmətindən bildirilib ki, insident nəticəsində bir nəfər ölüb.

Yanğının ekipaj tərəfindən söndürüldüyü qeyd olunub