Caliber-in bir gün əvvəl xəbər verdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında qanunsuz erməni quldur dəstələrinin qalıqları üçtərəfli bəyanatın müddəalarına zidd hərəkətlər ediblər.
NOCOMMENT xatırladır ki, bu dəstələrin əksər hallarda birbaşa Rusiya sülhməramlılarının himayəsində mühəndis-istehkam işlərini necə həyata keçirdiklərini, yeni mövqelər qurmağa, səngərlər qazmağa, müdafiə zonası yaratmağa çalışdıqlarını əks etdirən video sübutlar təqdim olunub.
Oxucuların diqqətinə növbəti oxşar video təqdim edilib:
Bu cür qanunsuz və aşkar təxribat xarakterli hərəkətlər barədə dərhal sülhməramlı qüvvələrin komandanlığına və Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə məlumat verilib. Azərbaycan onlardan tələb edir ki, separatçıların bu cür qanunsuz əməllərinə son qoysunlar












