Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən NOCOMMENT-ə bildirilib ki, Bərdə şəhərində ümumi sahəsi 640 kvadratmetr olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb.
Qeyd olunub ki, bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğın zamanı ölən və xəsarət alan olmayıb.










