Bolnisidə COVID-19-a yoluxanların sayı artdı

Bolnisidə COVID-19-a yoluxanların sayı artdı

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda daha 10 nəfər COVID-19 virus infeksiyasına yoluxub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Bununla da Bolnisidə koronavirusa yoluxanların sayı 118-ə çatıb.

Yoluxma hallarının 6-sı Muşevani (Dəllər), 3-ü Geta, 1-i isə Savaneti (İmirhəsən) kəndində qeydə alınıb.

Report