Bosforda gəmilərin hərəkəti dayandırıldı

Bosforda gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazı vasitəsilə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.

“Yerli vaxtla saat 06:20-də qatı duman səbəbindən boğazda hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb. Hava şəraiti yaxşılaşdıqdan sonra hərəkət bərpa olunacaq”, – deyə məlumatda bildirilib.