Bu gün təhvil verilən ermənilərin adları açıqlandı

Bu gün təhvil verilən ermənilərin adları açıqlandı

Ermənistan tərəfinə təhvil verilən 8 nəfər hərbi qulluqçunun kimliyi məlum olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan feysbuk səhifəsində paylaşım edib.

Həmin hərbçilər bunlardır: Tarzyan Sarkis, Balayan Vardqes, Petrosyan Armen, Babayan Artur, Sarkisyan Amayak, Qaloyan Qurgen, Kyureqyan Qriqor və Maloyan Vaqarşak.

Unanyanın sözlərinə görə, məhbusların azad edilməsi ilə bağlı razılıq fevralın 4-də Ermənistan, Azərbaycan və Fransa liderləri arasında keçirilən üçtərəfli videokonfrans zamanı əldə olunub.