Bu istiqamətdə düşmənin artilleriya alayının batareyası məhv edilib

Bu istiqamətdə düşmənin artilleriya alayının batareyası məhv edilib

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub.

Müdafiə Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.