Çin şirkəti ilə TOGG arasında əməkdaşlıq müzakirələri başlayıb

Çin şirkəti ilə TOGG arasında əməkdaşlıq müzakirələri başlayıb

Çinin “Guangzhou Automobile Group” şirkəti ilə Türkiyənin TOGG avtomobil markası arasında müzakirələr başlayıb.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katib müavini Zafer Sarıkaya məlumat yayıb.

Qeyd olunub ki, Çin TOGG-la birlikdə ortaq istehsal nümunəsi hazırlanmasında maraqlıdır.

Detallar hələ ki məlum deyil.