Dağlıq Qarabağda Ermənistanın daha bir əsgəri öldü

Dağlıq Qarabağda Ermənistanın daha bir əsgəri öldü

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Enrik Aramyan ölüb.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, 2000-ci təvəllüdlü əsgərin ölümünə səbəb naməlum şəraitdə başından aldığı güllə yarası olub.

Hadisə ötən gün yerli vaxtla 20:30-da hərbi hissələrin birinin döyüş mövqeyində baş verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.