Daha bir erməni deputatda koronavirus təsdiqləndi

Daha bir erməni deputatda koronavirus təsdiqləndi

Ermənistan parlamentində “Mənim addımım” fraksiyasının deputatı Tsovinar Vardanyan koronavirusa yoluxub. Bu barədə o, öz Facebook səhifəsində elan edib.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, deputatın dediyinə görə, ümumiyyətlə, özünü yaxşı hiss edir, amma xəstəlik aşağıdakı simptomlarla davam edir – göz ətrafındakı ağrı, belində əzələ ağrısı və qızdırma, ancaq temperatur yüksək deyil.

Xatırladaq ki, daha əvvəl, parlamentin vitse spikeri Vaqe Enfiacyanın, dünən isə “Mənim addımım” fraksiyasından olan Viktor Yengibaryan və Kristine Poqosyanın da testləri müsbət nəticə vermişdi.