Ermənistan parlamenti sədrinin müavini koronavirusa yoluxub

Ermənistan parlamenti sədrinin müavini koronavirusa yoluxub

Ermənistan parlamenti sədrinin müavini Vaqe Enfiacyan koronavirusa yoluxub.

NOCOMMENT erməni mətbuatına istinadən xəbər verir ki, o, bunu “Facebook” səhifəsində yazıb. V.Enfiacyan bildirib ki, koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.

Qeyd edək ki, V.Enfiacyan müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının üzvüdür. O, parlamentdə infeksiyaya yoluxan ilk deputat olub.