Daha bir erməni zabit öldü

Daha bir erməni zabit öldü

Ermənistanın Ararat vilayətində baş verən yol nəqliyyat hadisəsi nəticəsində daha bir erməni zabit ölüb.

NOCOMMENT.az erməni mediasına istinadla xəbər verir ki, qəza bu gün səhər saatlarında – 05:30-da olub. İrəvan-Arazdəyən (Yerasx) şosesində hərəkət edən maşın idarəetmədən çıxaraq aşıb. Sürücü, 35 yaşlı Ararat sakini Arsen Mirzoyan hadisə yerində ölüb.

Onun Ermənistan ordusunda tağım komandiri olduğu bildirilir.

Qeyd edək ki, İrəvan-Arazdəyən yolunda bir neçə gün öncə də qəza nəticəsində bir erməni əsgər ölmüş, 5-i yaralanmışdı.

Ötən gecə Ermənistan ordusu məhz bu istiqamətdən Azərbaycan əsgərlərini atəşə tutub.
Axar.az