Sarkisyanın qardaşı Saşiklə bağlı qərar verildi

Sarkisyanın qardaşı Saşiklə bağlı qərar verildi

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr (Saşik) Sərkisyanla bağlı məhkəmə qərarı dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Antikorrupsiya Məhkəməsi Aleksandr Sərkisyanın həbsi barədə qərarı ləğv edib.

Xatırladaq ki, Saşik Sərkisyan mart ayında etibar edilmiş əmlakın mənimsənilməsinə təhrik etmə işi üzrə cinayət təqibi çərçivəsində axtarışa verilmişdi.

Antikorrupsiya Məhkəməsinin qərarından sonra Baş Prokurorluq onun həbsi ilə bağlı Kassasiya Məhkəməsinə müraciət edib. Lakin Kassasiya Məhkəməsi bu vəsatəti də rədd edib.

Beləliklə, Aleksandr Sərkisyanın həbsi ilə bağlı qəbul olunmuş qərar ləğv edilib və prokurorluğun bu istiqamətdəki müraciəti təmin olunmayıb.