Kəlbəcər rayonunda 46 yaşlı şəxs güllə yarası alıb.
NOCOMMENT.az xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan Qafur İsmayılov ov tüfəngi ilə ehtiyatsız davranaraq əl nahiyyəsindən güllə yarası alıb. Adıçəkilən şəxs Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.
Faktla bağlı araşdırma başlanılıb. Teleqraf











